RU EN

Daşınmaz əmlakın icbari sığortası (DƏİS)

Qanunvericiliklə tələb olunan və təbii fəlakətlər, yanğın, partlayış, subasma və digər hallarda sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür.

Bu sığorta növü üzrə sığorta haqqı, yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Digər növ daşınmaz əmlakların sığorta haqqı, əmlakın dəyərindən asılı olaraq 0,16%-dən 0,35%-dək dəyişir.

Bu sığorta növü üzrə sığorta məbləği, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən əmlak sahibinə ödəniləcək məbləğ, Bakı şəhərində 25,000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manat, digər şəhər və bölgələrdə 15,000 manat təşkil edir.

Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, habelə dövlət əmlakı icbari şəkildə sığorta edilməlidir.