1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2010-cu ildə Gəncə şəhəri,M.M.Mehdizadə adına 4 saylı orta məktəbi, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquqsaylı orta məktəbi, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavriat pilləsini, 2016-cı ildə isə “Mülki və təsərrüfat hüququ” ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. 2016-cı ildə “Peşəkar Sığortaçı Sertifikasiyası” - sertifikasiya proqramını uğurla keçərək müvəffəqiyyət sertifikatına layiq görülmüşdür. Əmək fəaliyyətinə 2013-cü ildən ASC “Standard İnsurance” Sığorta Şirkətində “Hüquqşünas” vəzifəsində işləyərək başlamışdır. 18 aprel 2018-ci il tarixindən hal-hazıradək
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində “Baş hüquqşünas” vəzifəsində işləyir. 19 iyul 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.