Elsevər Səlimxan oğlu Tanrıverdiyev 1979–cu ildə anadan olmuşdur.

2004–cü ildə Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetinin Hüquq Fakultəsini bakalavr dərəcəsi ilə bitirib.

2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

2006-2008-ci illərdə Bakı Dövlət Universitetinin Mülkü Hüquq Kafedrasının Kommersiya Hüququ ixtisası üzrə magistr dərəcəsini almışdır.

Portuqaliya, Türkiyə və digər ölkələrdə beynəlxalq hüquq, sığorta hüququ və mülki hüquq sahəsində müxtəlif təlim və kurslarda iştirak edib.

2006-2012-ci illərdə Azərbaycan Respuvblikasının Prezidenti yanında Tibb Xidməti İdarəsinin Mərkəzi Klinik Xəstəxanasında, “Azərbaycan Sənaye Sığorta” ASC, “Azem və Partnyorları” MMC kimi şirkətlərdə baş hüquqşünas vəzifəsində çalışmışdır, 2012 – 2018-ci illərdə “Omicron” MMC, “Federal Mir Group” MMC, “EST Consulting Group” MMC, “Profarm” MMC kimi şirkətlərdə isə rəhbər vəzifələrdə çalışmışdır.

2018-ci ilin dekabr ayından etibarən “Azərbaycan Sığrotaçılar Assosiasiyası” İB-nin Sədr müavinidir.

Evlidir, 3 övladı var.