Məqalələr
Həyat mikrosığortası haqqında
    • 15-11-2018
    • Sığorta insanların maliyyə vəziyyətlərinin qorunması baxımından mühum məqam olsa da, insanların bəzən xərclərinin böyük qisminin istehlaka, kirayə haqqına, kommunal xərclərə və s.  digər istiqamətlərdə yönəlməsi və məlumatsızlıqları səbəbi sığorta məhsullarını ala bilmirlər. Bu zaman insanların köməyinə çatan mikrosığortanın məqsədi eyni riskin aşağı sığorta haqqı ilə sığortanın daha əlçatan olmasını təmin edərək, insanların sığortadan da istifadə etməsinə şərait yaradır. Sığorta haqqının aşağı olması sığorta məbləğinin də təsir göstərməsinə baxmayaraq, sığorta məbləği əksər hallarda dəyən zərəri qarşılayır. Bu baxımdan, mikrosığortanın inkişafı ölkədə sığortanın penetrasiyasının artmasına və sığortadan yararlanmaq istəyən əhalinin də mikrosığortadan istifadə etməsinə imkan yaradacaq. Dünyadakı insanların 60%-indən çoxsunun gəliri gündəlik 8$-dan az olur.

      Cədvəl 1. Aşağı gəlirli insanların xərclərinin paylanması

      İnsanların gəlirlərini daha çox ərzaq, nəqliyyat, kommunal xərclərə yönətldiyi üçün sığorta məhsullarının alıcılıq qabiliyyətinə təsir göstərir. Ümumiyyətlə mikrosığorta məhsullarının satış modeli “aşağı qiymət, yüksək satış” kimidir.  

                Dünya təcrübəsi. Həyat mikrosığortası əsasən Filippin, Cənubi-Şərqi Asiya ölkələri, Afrika kimi ölkələrdə tətbiq olunur. Sığorta haqları əsasən 10 dollardan aşağı olur. Filippində tələbələr üçün “StudentCare” proqramı ilə tələbələr təxminən 0.40 USD (0.68 AZN) ödəməklə valideyni öldüyü halda 382 USD ölüm, əllilliyin yaranması halları, məktəblinin qəza nəticəsində tibbi xərclərin qarşılanmasına görə 45.84 USD-ə qədər təminat əldə edirlər. Ailələr üçün təhsil xərclərinin qarşılanmsı ilə bağlı yığımın təmin edilməsi və valideynlərin vəfat etməsi və ya əmək fəaliyyətini yerinə yetirə bilməyəcəyi halında tələbənin təhsilini davam etməsi önəmli ehtiyaclardan birisidir. Həmçinin, aşağı gəlirli ailələlərdə dövlət dəstəkli məktəbli həyat sığortasının olması insanları bu mikrosığorta məhsuluna olan tələbini artıracaqdır. Bu mikrosığorta məhsulunu yığım sığortası kimi də etmək olar. Tələbələr aldıqları təqaüdün bir qismini yığım sığortasına ötürə bilərlər, beləliklə  valideynləri vəfat etdiyi təqdirdə, qəza nəticəsində yaralandıqları təqdirdə, sığortadan da yararlana biləcəklər. Bu sığorta məhsulunun satış kanallarında məktəblərin, universitetlərin iştirak etməsi sığorta məhsulunun satışı ilə bağlı xərcləri də aşağı sala bilər.

                TodaCare sığorta məhsulu isə, PUV (Public Utility Vehicle)-ları sürən sürücülər üçün həyat mikrosığortası məhsullarıdır. Bu sığorta məhsulu Filippində taksi, üç-təkərli velosiped və “jeepley”lərlə insan daşıyan sürücülər üçündür. Bu sığorta məhsulu qəza nəticəsində ölüm, əlil olma, hücum nəticəsində və ya xəstəliklə bağlı yaranan xəstəxana xərclərin qarşılayır. 18-65 yaş arası sürücülər sığortalana bilir və 65 yaşdan yuxarılar maksimum sığorta məbləğinin 50%-i qədərində sığortalana bilər. Sığorta haqqı 3 USD (5.1 AZN) təşkil edir.

      Ölüm və ya əllillik (905 USD)

      Tibbi xərclər (54.3 USD)

      Cinayət və hücum (905 USD)

      “EmployeeCare” ilə işçilər 4.01 USD ödəməklə ölüm halına görə, 355, cənazə xərclərinə görə 35.5 USD, tibbi əməliyyat xərclərinə görə 57.3 USD təminat əldə edirlər. Bu sığortaların ən böyük üstünlükləri şərtlərinin sadə olması və sığorta təminatına daxil olmayan halların demək olar ki, olmamasıdır. Ümumiyyətlə həyat mikrosığortasının satış kanallarının da aşağı xərcli olması və hətta, telefon, marketlərdə satılması mikrosığortanın satışının artmasına təsir göstərir. Həyat mikrosığortasında bir sıra ölkələrdə əsas məhsulun satışı ilə əlavə bir sıra həvəsləndirici sığorta məhsulları da əsas məhsulun üzrəində satılır. Bunlara misal olaraq, cənazə, tibbi xərclər, qrup olaraq satışı da məhsula əlavə olunaraq endirimlə satıla bilər.

                Hər kəs üçün nəzərdə tutulan məhsul  Alagang Cebuana Plus-dur. 25 Peso (0.77 AZN) ilə  7-dən 70 yaşına qədər istənilən şəxsi qəza nəticəsində ölüm, əlillik və gözlənilməz hücum nəticəsində hadisələrə görə təminat verən sığorta məhsuludur. Məhsul 4-aylıq müddət üçün nəzərdə tutulmuşdur. Ölüm və ya əllilliyə  20000 Pesoya (620 AZN)-ə qədər təminat, hücum nəticəsində yaralmada xəstəxana xərclərinin qarşılanmasına görə isə, 5000 Peso (155 AZN)-ə qədər ödəniş edilir. Məhsulun GOLD versiyasında sığorta haqqı 40 Peso (1.24 AZN)-dir. Burada əlavə olaraq, 5000 Peso (155 AZN) dəyərində tibbi xərclər də qarşılanır. Cənazə xərcləri də GOLD versiyada qarşılanır.