Statistika

22.09.2014
2014-cü ilin avqust ayında sığorta ödənişinin yığıma nisbətinə görə sığorta şirkətlərinin renkinqi: 
22.09.2014
“AXA MBASK” sığorta şirkəti avqust ayı üzrə nəticələri açıqlayıb. Şirkətdən fins.az- verilən məlumata görə, ay ərzində 694 sığorta hadisəsi baş verib. Araşdırması yekunlaşan 423 sığorta müraciəti ilə bağlı ümumilikdə 812 594 manat sığorta ödənişi edilib. 
16.09.2014
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 283,3 milyon manat sığorta haqqı toplanıb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 milyon manat və ya 6,6% çoxdur.
16.09.2014
Yanvar-avqust aylarında Azərbaycanın sığorta bazarında ödənişlər üzrə bazarın lideri “Atəşgah Həyat” sığorta şirkəti olub. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, ötən dövrdə şirkət 17,9 milyon manat ödəniş həyat keçirib.
16.09.2014
Bu ilin yanvar-avqust aylarında sığorta haqlarının 65,2%-i və ya 184,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Fins.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% və ya 9,4 milyon manat çoxdur.
16.09.2014
Bu ilin yanvar-avqust aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, şirkət ilk 8 ayda 35 milyon manat sığorta haqqı toplayıb.

Pages