Statistika

18.11.2014
Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9%-i və ya 85 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, ötən ilin eyni dövrüylə müqayisədə həyat sığortası bazarı 28 milyon manat və ya 49,1% böyüyüb.
18.11.2014
Bu ilin yanvar - oktyabr aylarında sığorta haqlarının 64,5%-i və ya 229,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% və ya 6,3 milyon manat çoxdur.
17.11.2014
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gətirilən avtomobillərin sayı 40%-dən çox azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə 32 min az avtomobil gətirilib.
11.11.2014
“AXA MBASK” sığorta şirkəti oktyabr ayı üzrə nəticələri açıqlayıb. Şirkətdən fins.az- verilən məlumata görə, ay ərzində 570 sığorta hadisəsi baş verib. Bu  sığorta müraciəti ilə bağlı ümumilikdə 973 701  manat sığorta ödənişi verilib.
07.11.2014
Bu ilin 3 rübündə “Standard Insurance” Sığorta Şirkəti müxtəlif sığorta növləri üzrə 5,45 milyon manat sığorta haqqı toplayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, yığımların 76%-ni avtomobillərin kasko sığortası, daşınmaz əmlakın sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta növü təşkil edir. 
05.11.2014
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan mətbuatında sığorta ilə bağlı 14401 xəbər gedib. Media Monitorinq Xidmətindən fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,25 dəfə çoxdur. Xatırladaq ki, ötən ilin ilk 10 ayında mətbuatda sığortaya dair 4435 məlumat yer alıb.
04.11.2014
Son vaxtlar Bakıda avtobusların iştirakı ilə baş verən qəzalar adi hala çevrilib. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin avtobus sürücülərinin qayda pozuntuları ilə bağlı açıqladığı statistika bu qəzaların səbəblərini aydınlaşdırır. 
04.11.2014
Bu ilin oktyabr ayında 92149 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb edilib. İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, bunların 19,8 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub.
04.11.2014
Sentyabr ayı ərzində avtomobillərin icbari sığortası üzrə 2,8 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib
03.11.2014
Bu ilin oktyabr ayında mətbuatda sığortaya dair 2 672 məlumat yayılıb. Media Monitorinq şirkətindən fins.az-a verilən məlumata görə, məlumatların 98%-ə qədəri onlayn, yəni internet mənbələrində yayılıb. Sığorta ilə bağlı 33 məlumat qəzetlərdə, 30 məlumat isə televiziyada yer alıb.

Pages