Press-Reliz
 Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib.
    • 26-10-2018
    •  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin digər nümayəndələri, həmçinin, Hüquq komitəsinin üzvü olan şirkətlərin nümayəndələri iştirak edib. 
      Görüşdə “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə baxılıb. Layihələr komitə üzvləri tərəfindən geniş şəkildə müzakirə edilib. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib.
      “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub. 
      Xatırladaq ki, Birliyin Hüquq komitəsi “Atəşgah Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Paşa Həyat Sığorta” ASC, “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AtaSığorta” ASC və “AzSığorta” ASC-nin nümayəndələrindən ibarətdir və komitə sədri “Atəşgah Sığorta” şirkətinin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılovdur.