Press-Reliz
 Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
    • 26-10-2018
    •  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədr müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “PAŞA Sığorta” Şirkətinin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin, “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak edib. 
      Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi Birlik tərəfindən təqdimat edilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, İsveç, Türkiyə, Sinqapur və Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.
      Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.
      Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb. 
      Xatırladaq ki, Birlik tərəfindən həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun daha əvvəl iki görüşü keçirilib və bununla əlaqədar müzakirələr aparılmışdır.