Press-Reliz
 Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (ASTA) görüşü təşkil olunub.
    • 25-10-2018
    •  Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (ASTA) görüşü təşkil olunub. Görüşdə hər iki assosiasiyanın rəhbər şəxsləri iştirak edib. 
       Görüşdə ASA və ASTA-nın səfər sığortasının inkişaf perspektivləri və bu sahədə problemli məqamların müəyyən olunması, həmçinin, qarşılıqlı münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr aparılıb.
       Bununla yanaşı, ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi, səfər sığortasının icbari qaydada tətbiqi, bu istiqamətdə işlər üzrə ASAN Viza, həmçinin, turizm şirkətləri və tur operatorlarla əməkdaşlıq etmək məsələləri geniş müzakirə olunub.
       ASTA-nın rəhbərliyi tərəfindən turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyət sığortasının müəyyən edilməsi barədə təklif səsləndirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.
       Görüşün yekununda həm ölkə hüdudlarından kənara gedən, həm də ölkə daxilində istirahət məqsədilə səfər edən vətəndaşlara səfər sığortasının əldə edilməsinin tövsiyə olunmasına dair qərar qəbul olundu.