Daşınmaz əmlakın icbari sığortası

Əmlaka yanğın, qaz partlayışı, zəlzələ, subasma və digər hadisələr nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanuna əsasən, mülkiyyət növündən asılı olmayaraq bütün daşınmaz əmlakın sığortası icbaridir.

Mənzil və evlərin icbari sığortası üzrə sığorta haqları вə sığorta məbləğləri əmlakın hansı şəhərdə yerləşməsindən asılı olaraq fərqlənir.

Belə ki, Bakı şəhərindəki eвlərin icbari sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər вə rayonlarda isə 30 manatdır. İldə cəmi bu məbləği ödəyərək mənzili вə ya evi yanğın вə digər risklərdən sığortalamaq mümkündür.

Bakı şəhərindəki yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri 25 000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat, digər yaşayış məntəqələrindəki əmlaklar üzrə isə 15 000 manat nəzərdə tutulub. Yəni sığorta hadisəsi zamanı əmlakın icbari sığortası üzrə ödəniş bu məbləği keçməməlidir.

Aztəminatlı ailələrin evlərinin icbari sığorta haqqı dövlət hesabına ödənilir.

Qeyri-yaşayış obyektlərinin icbari sığortası zamanı isə bu göstəricilər əmlakın dəyəri, köhnəlik dərəcəsi, və texniki vəziyyəti nəzərə alınmaqla sığorta müqaviləsində müəyən edilir.

Diqqət! Öz əmlakını icbari sığorta etdirməyən şəxslər hadisə baş verəcəyi təqdirdə təkcə sığorta şirkətinin ödənişindən yox, dövlət tərəfindən verilən yardımın böyük hissəsindən də məhrum olacaqlar. Qanuna görə, şəxs öz əmlakını sığorta etdirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət hesabına kompensasiyanın yalnız 20%-ə ümid edə bilərlər.

Məsələn, zəlzələ nəticəsində evə 10 min manat zərər dəyərsə, ev sığortalı deyilsə, onun sahibinə cəmi 2 min manat kompensasiya verilə bilər. Ev sığortalı olanda isə kompensasiyanın məbləği 10 min manatadək artacaq. 

Başqa sözlə, əmlakını sığorta etdirməmək dövlət tərəfindən ödənilə bilən kompensasiyanın alınmasına da prolem yarada bilər.