Xəbərlər

30.04.2015
“PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu ilin aprel ayının 22-24-də “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti təlimini təşkil edib.
28.04.2015
Aprelin 27-si “Sığortalı Gənclik” layihəsi çərçivəsində Kooperasiya Universitetinin tələbələriylə görüş keçirilib. Görüşdə Universitetin 40 tələbəsi iştirak edib. 
22.04.2015
Bu il, sentyabr ayının 28-29-da Bakıda Beynəlxalq Aktuarlar Assosasiyasının (BAA) Asiya və Orta Şərq Komitəsinin yığıncağı keçiriləcək. Bu barədə Azərbaycan Aktuarlar Assossasiyasının müşahidə şurasının üzvü Xədicə Qasımova bildirib.
22.04.2015
Azərbaycanın sığorta bazarında aktuarilərlə bağlı uzun yol qət edilib. Fins.az saytına istinadən məlumata görə, bunu aktuarilərə şəhadətnamələrin verilməsi ilə bağlı tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.
20.04.2015
Azərbaycanda bəzi sığorta agentləri sığorta şirkətlərinə problemlər yaradır. Fins.az saytına istinadən məlumata görə, bu barədə keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov bildirib. 
20.04.2015
İcbari Sığorta Bürosu (İSB) ictimai nəqliyyatda sığorta təbliğatına başlayıb. Fins.az saytına istinadən bürodan  verilən məlumata görə, təbliğat və maarifləndirmə işi icbari sığorta növləri üzrə aparılır.
20.04.2015
“Amrah Sığorta” şirkəti may ayından etibarən sığorta bazarına yeni məhsullar çıxarmağı planlaşdırır. Fins.az saytına istinadən, bu barədə  şirkətin idarə heyətinin sədr müavini Rəşid Salıfov məlumat verib. Onun sözlərinə görə, yeni məhsullar əsasən fərdi müştərilər üçün nəzərdə tutulub.
16.04.2015
İcbari Sığorta Bürosunun ödədiyi kompensasiya bəzən kənar şəxslər tərəfindən mənimsənilir. Fins.az saytına istinadən məlumata görə, bunu keçirdiyi mətbuat konfransında İSB-nin Kompensasiya və Subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva deyib.
16.04.2015
İcbari Sığorta Bürosunun (İSB) əhali arasında apardığı maarifləndirmə tədbirləri sığorta hadisələri ilə bağlı verilən kompensasiya ödənişlərini artırıb. Fins.az saytına istinadən məlumata görə, bunu keçirdiyi mətbuat konfransında İSB-nin Kompensasiya və Subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva deyib.
16.04.2015
“AXA MBASK” sığorta şirkəti mart ayı üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay sığorta ödənişlərinin məbləği fevral ayı ilə müqayisədə 9% az olub.

Pages