Xəbərlər

07.08.2015
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özünü maliyyələşdirir və bundan əlavə, sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır.
06.08.2015
Son vaxtlar Azərbaycanda iqtisadi aktivliyin aşağı düşməsi və şirkətlərin gəlirlərinin azalması tibbi sığorta sektoruna da təsir edib.
27.07.2015
Bu ilin 1-ci yarısının yekunlarına görə, Naxçıvan Muxtar Respublikasında bütün sığorta növləri üzrə daxilolmalar 2 milyon 950,5 min manat təşkil edib.
11.06.2015
İyulun 2-3-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təşkilatçılığı ilə 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2015) keçiriləcək.
29.05.2015
Mayın 28-də “Sığortalı gənclik” layihəsi çərçivəsində Bakının Nizami rayonunda yerləşən “İstək” liseyində şagirdlər arasında keçirilən intellektual müsabiqənin final mərhələsi keçirilib. Respublika Gününə həsr olunmuş finalda liseyin şagirdlərindən ibarət 9 komanda: “Avengers”, “Power”, “80’s children”, “Smartist”, “Gənclik”, Dədə Qorqud, “Arrow”, IQ Fighters”, “Gentlemen” yarışıb.
15.05.2015
14 may 2015-ci il tarixində, “Sığortalı gənclik” layihəsi çərçivəsində Müəllimlər İnstitutunun tələbələrinə sığorta təlimi keçilib.
08.05.2015
7 may 2015-ci il tarixində, “Sığortalı Gənclik” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələriylə görüş keçirilib. 
06.05.2015
Son vaxtlar Azərbaycanda sığorta ödənişləri ilə bağlı şikayətlərin sayı xeyli artıb. Vətəndaşların bir qismi həqiqətən də üzləşdiyi haqsızlıqlarla bağlı narazılığını bildirirsə, bəziləri sığorta şirkətlərindən “pul  qoparmaq” məqsədi ilə şikayətlər edir.
05.05.2015
Azərbaycanda manatın kəskin ucuzlaşdırılması sığorta şirkətlərinin kapitallaşmasına təsir etməyib. Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.
30.04.2015
Aprelin 29-da Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin iclası keçirilib.

Pages