VII Azərbaycan Beynəlxalq Sığorta Forumu yekunlaşdı

23-24 iyun 2016-cı il tarixləri arasında Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu
 
(AİİF 2016) öz işini yekunlaşdırıb.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar
 
Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 20 ölkəsindən ümumilikdə 200-dən çox şirkət
 
və təşkilatın nümayəndəsi iştirak edib.
 
İki gün davam edəcən Forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzular –
 
«Nəzarət mexanizmləri: Meqa Requlyator və ya Klassik Requlyator», «Azərbaycan sığorta bazarının yeni
 
reallıqları – nəzarət orqanının baxışları və proqnozları», «Regionda makroiqtisadi tendensiyalar və onların
 
sığorta bazarına təsiri», «Hazırki mühitdə sığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni
 
nəzarət üsulları», «Hazırki reallıqda Azərbaycan və regionun sığorta bazarının inkişafı üçün yeni həllər»,
 
«Sığorta tənzimlənməsində və nəzarətində yeni yanaşmalar» kimi mövzulara toxunulub.
 
Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olub - «Təkrarsığortaya yeni baxış»,
 
«Regionda böhran şəraitində təkrarsığorta həlləri», «Təkrarsığorta bazarının qlobal tendensiyaları»,
 
«Təkrarsığorta bazarı sığorta bazarının inkişafı və diversifikasiyasına necə kömək edə bilər», «Hazırki
 
reallıqda təkrarsığortanın sığorta şirkətlərinin maliyyə stabilliyində rolu» və digər mövzular üzrə
 
müzakirələr aparılıb.
 
Sığorta forumunda kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin
 
adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfatf
 
sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələlər diqqət mərkəzində olub.
 
Eləcə də forumda avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və
 
sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olub.
 
AİİF-2016- da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə
 
banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə
 
müzakirələr aparılıb, təqdimat və çıxışlar olub.
 
Forum çərçivəsində aparılan ikitərəfli görüşlərdə yerli və xarici sığorta şirkətlərinin gələcək
 
əməkdaşlıq imkanları müzakirə olunub.