Üzvlər
    • Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
    • Şirkət
    • Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
    • Sədr
    • Lisenziya
    • 000270
    • Whatsapp
    • -
    • Ünvan
    • İ.Dadaşov küçəsi 260, Bakı, Azərbaycan, AZ1108.
    • Instagram
    • -
    • Youtube
    • -
    • Twitter
    • -
    • Linkedin
    • -
    • Skype
    • -
    • Xəritə
    • -
    • Təsvir
    • 1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi.

      1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Demokratik Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Respublikası işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Federasiyası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi.

      Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədi ilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır.

      Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu.

      1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı.

      Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular.

      Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.

      1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsı də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkətı yaradıldı.

      1992-cı ildə Azərbaycan Dövlət Sığorta Şirkətı olaraq adlandırııldı və “Azərsığorta” kimi fəalliyətiini davam etdirdi.

      Hal-haz ırda “Azərsığorta” respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir.

      Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir, respublikanın bütün şəhər və rayon agentlikləri ilə kompüter, teletayp və telefon əlaqəsınə malikdir.

      Şirkətdə 700 nəfər çalışır ki, onlardan 360 nəfər ştat işçisi, 340 nəfər isə ştatdankənar əməkdaşdır.

      Azərbaycan Respublikasında 30-dan cox sığorta şirkəti və bir sıra xarici dövlətlərin broker və siğorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir ki, “Azərsığorta” Şirkəti daima onlarla əməkdaşlıq edir. Sığorta xidmətlərində çalışır ki, keyfiyyətli və çoxlu növlər üzrə köməkliklər göstərsin.

      Azərbaycan Dövlət Sığorta Şirkətı “Azərsığorta” Respublikada fəaliyyət göstərən siğorta şirkətlərinin ilk beşliklər siyasına daxildir.

      Sığortaçı kimi maliyyə imkanlarına malik olması, onun sığorta əməliyyatarında iştirakını və onların rentabelliyinin qorunub saxlanmasında, risklərin aparılmasında genış imkanlar yaradır, başqa ölkələrin Sığortaçıları ilə əlaqələrini genişləndirir.

      Şirkət Respublika daxilində və bir sıra xarici Şirkətlərlə təkrar sığorta müqavilələrinin bağlanması və onların yerləşdirilməsi üzrə müxtəlif sahələrdə işlər görür. Belə ki, Lloyd təkrar broker, Böyük Britaniya, ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran, Fransa, İsveçrə, Yaponiya və başqa sığorta şirkətləri ilə siğortanın müxtəlif sahələri üzrə təkrar sığorta müqavilələri bağlanılır və əlaqələr yaradılmışdır.

      Azərbaycan Dövlət Sığorta Şirkətı “Azərsığorta” əməkdaşlıq etdiyi xarici sığorta və təkrar sığorta şirkətləri “Azersığorta ” Sığorta Şirkəti “Başak sığorta”, “AON Azeri”, “AİG”, “LukOil insurance,” “MinehRe”, “AzRe”, “MBASK”, “Tokio Marine”, “Merkurey Assistance”, ”Tokio Marine” hesab olunurlar.