Tarixçə

Mustafa Aslan oğlu Abbasbəyli 27.09.1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulmuşdur. 1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbə daxil olmuşdur, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbə, 1995-ci ildə 12 saylı Gəncə şəhər orta məktəbə keçmiş və 1996-cı ildə oranı bitirmişdir. 1996-cı ildə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər fakültəsinə daxil olub, 2000-ci ildə “Beynəlxalq Hüquq” ixtisası alaraq oranı bitirmişdir. 2000-ci ildə Türkiyənin Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünə daxil olub, 2001-ci ildə “Türk Dili” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2001-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinin maqistratura pilləsinə daxil olub, 2003-cü ildə “Xüsusi Hüquq” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna (əvvəlkadı-Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu) aspirant olaraq daxil olub, 2009-cu ildə “12.00.03 - mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

       Hüquq üzrə fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə malikdir. 2012-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində, Elmlər Doktoru proqramı üzrə dissertasiya müdafiə etməkdədir. 45-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışmışdır.

       2007-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 2010-cu ildən etibarən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 2013-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir. 2018-ci ilin yanvar ayından etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədridir.

Evlidir, 2 övladı var