Tarixçə

Vüqar Arif oğlu Əliyev 16.10.1987-ci il tarixində Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhər 3 saylı orta məktəbdə 1993-2004-cü illərdə ibtidai təhsilini almışdır.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini Bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2011-ci illərdə həmin Akademiyanın İqtisadiyyatın Hüquqi Tənzimlənməsi üzrə Magistr pilləsində təhsil almışdır.

2009-2018-ci illərdə Azsığorta ASC, Qala Həyat Sığorta şirkəti ASC, Milli Depozit Mərkəzi QSC, Şəbəkə Sığorta Brokeri MMC, Cahan Sığorta Agentliyi MMC, Turnkey İnsurance Solutions MMC, Efendi Legal and İP Consultancy MMC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası kimi təşkilatlarda müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışmışdır.

Evlidir