Tarixçə

Fransa Neft İnstitutu (IFP Məktəbi  Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasının (Rusiya Federasiyası) magistrıdır.

Peşəkar fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici Sərmayələr İdarəsində başlamış, daha sonra TEXACO və TOTAL neft şirkətlərində aparıcı vəzifələr tutmuşdur. 2006-2008-ci ilərdə Qafqaz Sığorta Şirkətinin (SŞ) İcraçı Direktoru olmuşdur. 2008- ci ildə “Atəşgah” SŞ İdarə Heyətinin Sədri təyin olunmuşdur.

2010-2012-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri seçilməklə, sığorta şirkətləri adından Sığorta Strategiyasının inkişafı ilə bağlı bu sahəyə ciddi töhvələr vermişdir. Eyni zamanda “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müşaviri kimi çalışmış və ”Atəşgah Həyat” SŞ  Direktorlar Şurasının üzvü seçilmişdir.

2017-ci ilin oktyabrından “Atəşgah”  SŞ  Direktorlar Şurasının qərarına əsasən, ”Atəşgah” SŞ İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.