Müsahibələr
  • “Qala Həyat” Sığorta ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadənin müsahibəsi
-Azər müəllim, bu il ərzində bazara yeni sığorta məhsulu təqdim etmək planınız varmı? -Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığımız tarixdən indiyədək bazara həyat sığortası ilə bağlı 6 məhsul təqdim etmişik. Bu il ərzində biz bir neçə həyat sığortası məhsulunun yaradılması üzərində çalışırıq. Yeni məhsulun bazara təqdim edilməsində əsas prioritet məqsədlərimizdən biri müştərilərin maraqlarını əhatə etmək və onların məhsullarımızdan və xidmətlərimizdən məmnun qalmalarıdır. Ç
  • Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəylinin sığorta bazarının cari durumu və inkişaf perspektivləri barədə müsahibəsi
Bu gün sığorta şirkətlərində investisiya portfelinin diversifikasiyası nə dərəcədə aktualdır? Nəzərə alsaq ki, sığorta şirkətlərinin gəlirləri yığımla ödənişlərin fərqindən deyil, əldə olunan vəsaitlərin investisiyasından əldə olunur, bu vəsaitlərin diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. Bu gün risklərin sığortalanması əvvəlki dövrlərə nisbətən daha da aktualdır. Yaxın keçmişdə xeyli sığorta şirkətinin vəsaitləri müflis olan banklarda tələf oldu. Təxmini hesablamaya görə 10-15 mln. manat civarında vəsait b
  • Sığorta eksperti Xəyal Məmmədxanlı ilə müsahibə
Xəyal bəy, son günlər sığorta sektorunda yeni termin gündəmdədir. Mediasiya nədir? Qədim dövrlərdə insanların mübahisəsi olanda qazının yanına gedib, problemlərinin həlli yolunu soruşardılar. Qazı nə məsləhət görsə, onu da edərdilər. Beləcə məsələ həll olunardı. Və sığorta sistemindəki mediasiya da eynilə belədir. Burada bir mediator olur və o, sözün yaxşı mənasında aradüzəldən, münasibətləri tənzimləyən rolunda çıxış edir. Strateji Yol Xəritəsində də bir çox mübahisələrin məhkəməyə qədər həlli yollarının ara
  • Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri Mustafa Abbasbəylinin müsahibəsi (20.07.2018)
- Hazırda Azərbaycanın sığorta bazarında vəziyyət və bu ilin sonuna proqnozlarınız necədir? - Bu ilin I yarısında Azərbaycanda 396,371 mln. manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% çoxdur. Kəskin müsbət dinamika onu deməyə əsas verir ki, 2018-ci ilin yekununda sığorta daxilolmalarının məbləği 2017-ci ilin yekununa nisbətən çox olacaq.  - Azərbaycanda kənd təsərrüfatı və səfər sığortalarının daha geniş miqyasda tətbiqi planlaşdırılır. Bununla bağlı işlər hansı
  • İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovla müsahibə
Rəşad bəy, İSB sığorta ödənişlərinin tənzimlənməsi ilə bağlı layihə üzərində işləyir. Lahiyə nədən ibarətdir? Müxtəlif modellər var. Beynəlxalq təcrübənin araşdırılması davam edir. Bundan sonra hansı modelin seçilməsinə qərar veriləcək. Burada Belçika modeli, Rusiya modeli də var. Birbaşa tənzimləmə sığorta bazarında mütləq tətbiq ediləcək. Çünki  sığortaya olan inam xüsusilə önəmlidir. Məlumdur ki, sığorta ödənişləri ilə bağlı çox saylı şikayətlər var idi. Bu şikayətlərin aradan qaldırılması üçün