Təkrarsığorta şirkəti

Təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi.

Təkrarsığorta fəaliyyəti sığortaçı tərəfindən digər sığortaçılardan sığorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə və ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

Hazırda Azərbaycan Respublikasında 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.