Sığorta brokeri

Sığorta brokerləri – sığorta müqavilələrinin bağlanması və sığorta tələbləri barədə məsləhətlər verən şəxsdir. Sığorta agentləri kimi brokerlər də sığorta müqaviləsinin bağlanmasında sığorta şirkəti ilə müştərilər arasında вasitəçilik edirlər. Amma brokerlərin agentlərdən prinsipial fərqi ondadır ki, agentlər sığorta şirkətlərini təmsil edir вə onlara xidmət göstərir, sığorta brokerləri isə adətən müştərilərin tərəfindən çıxış edir.

Yəni brokerlər müştərilərə, məsələn, hansı riskin hansı sığortaçıda sığortalamağın daha məqsədəuyğun olduğu, sığorta hadisəsi baş verdikdə ödənişin necə tələb olunması və s. haqqında tövsiyə və məsləhətlər verir.

Broker bir nöв sığorta ekspertidir - insanlar və müəssisələr brokerlərə müraciət etməklə öz tələbatlarına uyğun olan ən yaxşı sığortaçını tapa bilər və bununla da vaxtlarına və xərclərinə qənaət etmiş olar. ona görə də müvafiq qaydada davranmalı və öz səhvlərinə görə məsuliyyət daşımalıdır.

Qanunvericiliyə əsasən sığorta brokerləri döвlət tərəfindən xüsusi icazə - lisenziya əsasında fə aliyyət göstərirlər. Eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta brokerlərinin reyestri aparılır.