Sığorta şirkəti

Sığorta şirkəti (sığortaçı) - sığortanı həyata keçirən əsas tərəfdir. Sığorta müqaviləsində nəzərdə tutulan hadisə baş verdikdə sığorta ödənişini məhz sıgorta şirkəti ödəyir. Sığorta şirkətləri Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər.

Hazırda Azərbaycan Respublikasında 27 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan 3-ü həyat sığortası, qalan 24-i isə qeyri-həyat sığortası şirkətləridir.

Həyat sığortası şirkətləri həyat sığortası sahəsində fəaliyyət göstərmək üçün lisenziyaya malik olan və həyat sığortası növləri üzrə sığorta müqaviləsi bağlamaq hüququ olan şirkətlərdir.

Qeyri-həyat sığortası şirkətləri isə qeyri-həyat sığortası sahəsi üzrə lisenziyası olan və bu sahəyə aid növlər üzrə sığorta müqaviləsi bağlamaq hüququ olan şirkətlərdir.