Nəzarət orqanı

Azərbaycanda Respublikasında sığorta bazarına nəzarət Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq yaradılan, publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Əsas məqsədlərindən biri də sığortalıların hüquqlarını qorumaqdan ibarət olan qurum vətəndaşların və digər şəxslərin sığorta sahəsinə aid şikayət və təkliflərini araşdırıraq, müvafiq tədbirlərin görülməsini təmin edir. 

 

          Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqə saxlamaq üçün qurumun ofisinə birbaşa, o cümlədən aşağıda qeyd edilmiş email ünvanı və telefon vasitəsilə müraciət etmək mümkündür.