İcbari

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası -

Avtomobil sahibinin qəza zamanı digər şəxslərə vurduğu zərərə təminat verir. Yəni qəza zamanı avtomobil sahibinin günahı üzündən hər hansı şəxsin avtomobilinə və ya səhhətinə zərər dəyərsə, bu zərəri sığorta şirkəti ödəyəcək.

Qanuna əsasən, qəza nəticəsində digər avtomobilə dəyən zərərə görə maksimum 5000 manat, şəxslərin sağlamlığına dəyən zərərə görə isə maksimum 50 000 manat ödənilir.

Ətraflı->

Daşınmaz əmlakın icbari sığortası -

Əmlaka yanğın, qaz partlayışı, zəlzələ, subasma və digər hadisələr nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanuna əsasən, mülkiyyət növündən asılı olmayaraq bütün daşınmaz əmlakın sığortası icbaridir.

Mənzil və evlərin icbari sığortası üzrə sığorta haqları вə sığorta məbləğləri əmlakın hansı şəhərdə yerləşməsindən asılı olaraq fərqlənir.

Ətraflı->

İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta -

işləyən insanların müdafiəsi üçün ən mühüm sığorta növüdür. Bu sığorta iş yerində insanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığorta ödənişini nəzərdə tutur. Özü də bu tələb Azərbaycanda fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər, eləcə də dövlət orqanlarına aiddir.

Bu sığorta növü üzrə sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqlənir və qulluqçular üçün (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) 0,2-0,5% arasında; fəhlələr üçün 0,4-2,0% arasında dəyişir.

Ətraflı->