• Səfər sığortası üzrə işçi qrupunun görüşü
  • 2018-04-23 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-23 00:00:00

  • 15:00-17:00

  • ASA-nın inzibati ofisi

Haqqında

ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, birliyin əməkdaşları və işçi qrupunun üzvləri: Etibar Məmmədov, Günel Rəhimova, Emin Abdullayev, Əziz Şiriyev, Elnur Cavadov, Dövlət Səlimov iştirakı ilə 23 Aprel 2018-ci il tarixində səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib. Yığıncaqda "Atəşgah Sığorta" tərəfindən "Turizm haqqında" Qanuna səfər sığortası ilə bağlı edilmiş dəyişikliklər və bununla bağlı hazırlanmış Qaydalar müzakirə olunub. Yekun nəticə olaraq, turizm şirkətlərinin məsuliyyəti sığortasının yaradılması məqsədilə ASTA-nın turizm şirkətlərindən limitləri əldə etməsi, icbari səfər sığortası və turizm şirkətlərinin məsuliyyəti sığortası ilə bağlı Qanuna dəyişiklik və hər iki növ üzrə Qaydaların hazırlanması qərara alınıb.