• Qeyri-həyat komitəsinin görüşü
  • 2018-04-19 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-19 00:00:00

  • 15:00-17:00

  • ASA-nın inzibati ofisi

Haqqında

19 Aprel 2018-ci il tarixində beynəlxalq təkrarsığorta qaydaları, xarici təkrarsığortaçıların reyestrə daxil edilməsinin asanlaşdırılması və ya ləğv edilməsi,
gündəlikdə olan məsələlərlə bağlı şirkətlərdən gələn təkliflər əsasında vahid təklifin formalaşdırılması məqsədilə Qeyri-həyat komitəsinin görüşü keçirilib. Görüşdə birliyin əməkdaşları və komitə üzvləri: Fərid Hidayətov, Nigar İbrahimova, Anar Chanagirov, Cahid Qurbanov, Cəlal Mehdiyev, Adelya Taxveli, Leyla Cahangirova, Əli Əfsanə, Eldar Məmmədəlizadə iştirak edib. Yekunda beynəlxalq təkrarsığorta qaydalarının vahid tərcüməsinin həyata keçirilməsi və A+ reytinqinə malik xarici təkrarsığortaçılar və B+ və A- reytinqində olan xarici təkrarsığortaçıların müvafiq sənədlərinin MBNP-yə təqdim edilməsi yolu ilə onların sığortaçılarla əməkdaşlığına şərait yaradılmasının təklif edilməsi və növbəti görüşə qədər müvafiq sənədlərə aid edilməsi nəzərdə tutulan sənəd növləri ilə bağlı təkliflərin hazırlanması və bunun hüquq komitəsi qarşısında irəli sürülməsi qərarlaşdırılıb.