• Həyat komitəsinin görüşü
  • 2018-04-18 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-18 00:00:00

  • 15:00-17:00

  • ASA-nın inzibati ofisi

Haqqında

ASA-nın sədr müavini Vüqar Əliyev, ASA-nın əməkdaşları, komitə üzvləri: Fərid Abdullayev, Bəhruz Hacıyev, Vasif Həşimov, Cəlal Quliyev, Natiq Həsənov, Şəfəq Həsənovanın iştirakı ilə 18 Aprel 2018-ci ildə Həyat komitəsinin növbəti görüşü baş tutub. Görüşün məqsədi, sığorta şirkətlərinin satış nümayəndələri ilə ipoteka sığortası üzrə maksimum komissiyanın – 10% civarında müəyyənləşdirilməsi, təkliflərin müzakirəsi və ilkin olaraq ipoteka sığortası üzrə MBNP-yə ünvanlanan məktubun müzakirəsi olub.   Sığorta şirkətlərinin satış nümayəndələri ilə ipoteka sığortası üzrə maksimum komissiyanın – 10% civarında müəyyənləşdirilməsinə bütün şirkətlər razılığını ifadə etib və bu məsələnin rəhbərlik səviyyəsində müzakirə olunaraq bununla bağlı banklara məlumat verilməsi, həmçinin, Paşa Həyat Sığorta tərəfindən hazırlanmış MBNP-yə ünvanlanan məktubun elektron qaydada göndərilməsi və digər şirkətlərin də bu məsələyə olan mövqeyi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi qərara alınıb.