• Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü
  • 2018-04-16 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-16 00:00:00

  • 15:00-17:00

  • ASA-nın inzibati ofisi

Haqqında

16 Aprel 2018-ci ildə Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib. İclasda ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, ASA-nın əməkdaşalrı, həmçinin, MBNP-dən Aqşin Əlizadə və İşçi qrupunun üzvləri: "AXA MBASK Sığorta"dan Elçin Allahverdiyev, "Meqa Sığorta"dan Hamlet Qarayev və Samit Mirzəyev, "Paşa Sığorta"dan Azər Kərimov, "İpək Yolu Sığorta"dan Nazim İslamov, "AtaSığorta"dan Fərid Məmmədov və Əmrulla Kərimov, "Qala Sığorta"dan Şamxal Cəfərov və Elçin Həsənov, "Atəşgah Sığorta"dan Elvin Əliyev, "Standard İnsurance"-dan Zülfüqar Nəbiyev, Audatex Azərbaycan-dan Zakir Kərimov və Daşdəmir Niftəliyev iştirak edib və Audatex sisteminin Azərbaycan sığorta sektoruna uyğun modelin hazırlanması və təqdimatına dair müzakirələr aparılıb. Görüş zamanı Audatex şirkəti tərəfindən təklif edilən Hərrac sisteminin daha da təkmilləşdirilməsi və rəhbər şəxslərlə müzakirələrin aparılması, həmçinin, şirkətlərdən əldə edilən real keyslər üzrə sistemin fəaliyyət mexanizmi və effektivliyinin müəyyən edilməsi ilə bağlı qərar verilib.