• Həkimlərin məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü
  • 2018-04-13 00:00:00 15:30-17:00

Ətraflı

  • 2018-04-13 00:00:00

  • 15:30-17:00

  • ASA-nın inzibati ofisi

Haqqında

Həkimlərin məsuliyyətinin sığortasının icbari qaydada tətbiqi yönündə 13 Aprel 2018-ci il tarixində ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, Analitik Selcan İsmayılova, işçi qrupunun üzvləri: Anar Bayramov, Natəvan Məmmədova, Günel Rəhimova, Ayla Mustafayeva, Eldar Abbaszadənin iştirakı ilə işçi qrupunun görüşü baş tutub. 

Görüşdə aşağıdakı qərarlar qəbul olunub:
- "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna "Tibb müəssisələri tərəfindən tibbi personalın icbari qaydada sığortalanması barədə" maddə əlavə edilməsi;
- Bununla bağlı qaydaların hazırlanması;
- Həkimlərin məsuliyyətinin sığortalanması üzrə beynəlxalq təcrübənin araşdırılması və Azərbaycana uyğun modelin hazırlanması.