• Təlimlərlə əlaqədar görüş
  • 2018-04-13 00:00:00 10:00-12:00

Ətraflı

  • 2018-04-13 00:00:00

  • 10:00-12:00

  • ASA-nın inzibati ofisi

Haqqında

13 Aprel 2018-ci ildə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, "Avand" Brokinq şirkətinin icraçı direktoru Orxan Həsənov, "Express Group"-dan Abbas Abbasov arasında çoxtərəfli görüş keçirilib. Görüşdə Sığorta sahəsinin əməkdaşları üçün təlim-tədris proqramlarının hazırlanması və təşkili məsələləri barədə müzakirələr aparılıb. Şirkətlərə bununla bağlı sorğu göndərmək, təlimə ehtiyac olan sahələrin müəyyənləşdirilməsi, müxtəlif kateqoriyalar üzrə sığorta sahəsinin əməkdaşlarına uyğun təlim proqramlarının və müvafiq tədris materiallarının hazırlanması qərara alınıb.