• Azərbaycan Sığortaçılar Assosiasiyasının Ümumi Yığıncağı
  • 2018-04-09 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-09 00:00:00

  • 15:00-17:00

  • Holiday Ä°nn Baku Hotel

Haqqında

9 Aprel 2018-ci ildə Azərbaycan Sığortaçılar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ASA-nın sədri Mustafa Abbasbəyli, Ümumi Yığıncağın üzvləri: "Paşa Sığorta" ASC-dən Ülviyyə Cabbarova, AXA MBASK-dan Selçuk Adigüzel,  "AzRe Təkrarsığorta" ASC-dən Fuad Quliyev, "Meqa Sığorta" ASC-dən Sevinc Gülmalıyeva, "Atəşgah Sığorta" ASC-dən Azər Əliyev, "A-Qroup Sığorta" ASC-dən Anar Bayramov, "AzSığorta" ASC-dən Anar Talıbov, "AzərSığorta" Dövlət Sığorta və Kommersiya Şirkətindən Əfqan Mirzəyev, "İpək Yolu Sığorta" ASC-dən Niyazi İmanov, "Standard İnsurance" ASC-dən Tural Əsgərov, "Xalq Sığorta" ASC-dən Roman Vəliyev, "AtaSığorta" ASC-dən Müseyib Əliyev, "Günay Sığorta" ASC-dən Kənan Əsgərov, "Qala Həyat" ASC-dən Aydın Rəhmanov, "Paşa Həyat" ASC-dən Niyaz İsmayılov, "Amrah Sığorta" ASC-dən Günel Məcidova, "Rəvan Sığorta" ASC-dən Fərhad Aslanov və Mail Nuriyev, "Azərbaycan Sənaye Sığorta" ASC-dən Emil Ağarzayev, "Qala Sığorta" ASC-dən Fuad Allahverdiyev və Taleh Yunsurov, Tibbi Sığorta Agentliyindən Nailə Mövlazadə, İcbari Sığorta Bürosundan Fariz Əzizov, Audatex Azərbaycan Şirkətindən Zakir Kərimzadə və Daşdəmir Niftəliyev, "Avand" Sığorta Brokerindən Orxan Həsənov, "AS PROF" MMC-dən Cahid Qurbanov iştirak edib. Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli 2018-ci ilin 1-ci rübü üzrə görülmüş işlər üzrə hesabat verib və 2-ci rüb üzrə görüləcək işləri təqdim edib, həmçinin, əlaqəli qurumlarla əməkdaşlığın əhəmiyyətindən danışıb və əməkdaşlıq edilməsi zəruri olan təşkilatları qeyd edib. Bununla yanaşı, sığortaçılar tərəfindən bazarda mövcud olan problemlər səsləndirilib və komitələr səviyyəsində bu problemlərin müzakirəsi təklif edilib.