• Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının görüşü
  • 2018-04-09 00:00:00 10:00-13:00

Ətraflı

  • 2018-04-09 00:00:00

  • 10:00-13:00

  • Holiday Ä°nn Baku Hotel

Haqqında

9 Aprel 2018-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının görüşü keçirilib. Görüşdə birliyin cari fəaliyyət barədə məlumatlandırılması, birliyin üzvlüyünə yeni namizədlərin qəbul edilməsi, "Qala Sığorta"nın Müşahidə Şurasının üzvlüyünə qəbul edilməsi, "Azərbaycan beynəlxalq sığortaçılar forum"unun təşkil edilməs, maliyyə sərgisinin keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli,sədr müavini Vüqar Əliyev, Birliyin üzvləri, həmçinin, Müşahidə Şurasının üzvləri: "Paşa Sığorta" ASC-dən Ülviyyə Cabbarova, AXA MBASK-dan Selçuk Adigüzel,  "AzRe Təkrarsığorta" ASC-dən Fuad Quliyev, "Meqa Sığorta" ASC-dən Sevinc Gülmalıyeva, "Atəşgah Sığorta" ASC-dən Azər Əliyev, "A-Qroup Sığorta" ASC-dən Anar Bayramov, "AzSığorta" ASC-dən Anar Talıbov, "İpək Yolu Sığorta" ASC-dən Niyazi İmanov iştirak edib. Nəticədə Birliyə üzvlük üçün müraciət edən "Caspian İnternational Broukinq" və "AS Prof" MMC-nin üzvlüyə qəbul edilib, Müşahidə Şurasının bütün üzvləri görüşdə iştirak etmədiyi üçün "Qala Sığorta" ASC-nın Müşahidə Şurasının üzvlü məsələsi müzakirə edilməyib və Müşahidə Şurasının üzvləri "Azərbaycan beynəlxalq sığortaçılar forum"u və Maliyyə sərgisinin keçirilməsinə razılıq verilib.