• Həyat komitəsinin görüşü
  • 2018-04-04 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-04-04 00:00:00

  • 15:00-17:00

  • ASA Ä°B-nin inzibati ofisi

Haqqında

4 Aprel 2018-ci ildə Birliyin Həyat komitəsinin iclası keçirilib. Görüşdə Sədr müavini Vüqar Əliyev, Birliyin əməkdaşları, Komitə üzvləri: Fərid Abdullayev, Bəhruz Hacıyev, Calal Quliyev, Süleyman Zeynallı, Şəfəq Həsənova iştirak edib. Görüş zamanı "İpoteka tarifləri üzrə partnyor banklara təqdim edilən komissiya məbləğinin endirilməsi" və "İpoteka sığortası üzrə öncədən alınan 12 aylıq sığorta haqqları ilə bağlı MBNP-yə məktubun təqdim edilməsi" məsələləri müzakirə edilib. Yekunda banklara verilən Komissiyaların birdən-birə 0-a endirilməməsi, ilkin olaraq, 10% müəyyən edilməsi ilə bağlı rəhbərliklə müzakirə aparılması və İpoteka sığortası üzrə öncədən alınan 12 aylıq sığorta haqqları ilə bağlı MBNP-yə məktub hazırlanaraq  əvvəlcədən alınan məbləğin sığorta haqqı kimi deyil, depozit kimi nəzərdə tutulmasına dair qərar verilib.