• Həyat komitəsinin görüşü
  • 2018-03-14 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-03-14 00:00:00

  • 15:00-17:00

  • ASA Ä°B-nin inzibati ofisi

Haqqında

ASA-nın Həyat komitəsinin görüşü baş tutub. Görüşdə ASA-nın sədri, nümayəndələri və Həyat sığortası komitəsinin üzvləri iştirak edib. Görüşdə "İstənilən səbəbdən ölüm sinfində kredit götürən şəxslərin həyat sığortası üzrə azalan sığorta məbləği müəyyənləşdirilmiş sığorta müqavilələri üçün sığorta ehtiyatının hesablanması"na dair MBNP-yə ünvanlanan məktub, İşçi Qrupu səviyyəsində müzakirə edilən məsələlərin cari statusu və Həyat komitəsinin formalaşdırılması istiqamətində təşkilati işlər müzakirə edilib. Görüşün yekununda "İstənilən səbəbdən ölüm sinfində kredit götürən şəxslərin həyat sığortası üzrə azalan sığorta məbləği müəyyənləşdirilmiş sığorta müqavilələri üçün sığorta ehtiyatının hesablanması"na dair MBNP-yə ünvanlanmaq üçün hazırlanmış məktub komitə üzvləri tərəfindən qənaətbəxş olaraq dəyərləndirilmiş və görüşdə Həyat komitəsinin Əsasnaməsinin ən qısa müddət ərzində hazırlanması, üzvlərin müəyyənləşdirilməsi və komitənin tədbirlər planına daxil edilməsi məqsədilə müzakirəsi zəruri hesab olunan mübahisəli məsələlərin toplanması üçün şirkətlərə ASA tərəfindən sorğu göndərilməsi qərara alınmışdır.