• "Caspian European Club"ın "CEO Lunch Baku" görüşü
  • 2018-03-14 00:00:00 10:30-12:30

Ətraflı

  • 2018-03-14 00:00:00

  • 10:30-12:30

  • Hyatt Regency Baku

Haqqında

14 Mart 2018-ci ildə "Caspian European Club"ın "CEO Lunch Baku" görüşü baş tutub. Görüşdə ASA-nın sədri, MBNP-nin icraçı direktoru, Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru və s. yüksək vəzifəli şəxslər iştirak edib. Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun yaradılması üçün aparıcı vasitə olan "CEO Lunch", həmçinin, qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradılması baxımından əhəmiyyət kəsb edir. "CEO Lunch Baku"da sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunmuş, ölkənin müxtəlif regionlarında biznesin aparılmasına dair onları maraqlandıran məsələlərə toxunulmuş, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.