• "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" dəyirmi masa
  • 2018-03-06 11:00-13:00

Ətraflı

  • 2018-03-06

  • 11:00-13:00

  • Four Seasons Hotel

Haqqında

6 Mart 2018-ci ildə  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və  Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə yanaşı, Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasıyasının mütəxəssisləri təqdimatlarla çıxış etmişdir. Tədbirə dəvət olunanlar arasında Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli də var idi. Tədbirin məqsədi qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcədə kapital bazarına aid digər suallara cavab tapılması idi. Tədbirdə “Kapital bazarları vasitəsilə maliyyələşmə”, “Listinq Məsləhət Proqramı” və “Kapital bazarlarında investisiyalar” mövzularında təqdimatlar edilmiş, daha sonra  şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri və Listinq Məsləhət Proqramına qoşulma, şirkətlər tərəfindən qiymətli kağızlara investisiyalar mövzuları ətrafında müzakirələr keçirilib.