• Kənd təsərrüfatı sığortası üzrə işçi qrupunun görüşü
  • 2018-02-15 00:00:00 15:00-17:00

Ətraflı

  • 2018-02-15 00:00:00

  • 15:00-17:00

  • ASA Ä°B-nin inzibati ofisi

Haqqında

15 Fevral 2018-ci ildə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” üzrə işçi qrupunun ilk görüşü baş tutub. Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin nümayəndələri, həmçinin, sahə üzrə ekspertlər iştirak edib. Görüşün məqsədi Azərbaycan Respublikası Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək MBNP tərəfindən görülmüş işlər, "Kənd təsərrüfatı sığortası haqqında" Qanun layihəsinin hazırlanma məsələlərinin müzakirəsi təşkil edib. Müzakirələrin yekununda sığortaçılar tərəfindən Qanun layihəsinə baxılaraq qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alınmışdır.