• Müşahidə Şurasının görüşü
  • 2018-01-23 00:00:00 11:00-13:00

Ətraflı

  • 2018-01-23 00:00:00

  • 11:00-13:00

  • ASA Ä°B-nin inzibati ofisi

Haqqında

26 Yanvar 2018-ci ildə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının görüşü baş tutdu. Görüşdə ASA İB-nin Sədr v.m.i.e. V.Əliyev və Birliyin hüquqşünası Y.İsmayılov, "A-Group Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini O.Əfəndiyev, "Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin sədri A.Əliyev, "AXA MBASK Sığorta" ASC-nin İdarə Heyətinin sədri S.Adıgüzel, "Azərsığorta" DSKŞ-nin Marketinq və Təchizat Departamentinin müdiri V.Həsənov, "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri F.Quliyev, "AzSığorta" ASC-nin İdarə Heyətinin sədri A.Talıbov, "İpək Yolu Sığorta" ASC-nin İdarə Heyətinin sədri N.İmanov, "Meqa Sığorta" ASC-nin İdarə Heyətinin sədri S.Gülmalıyeva, "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ü.Cabbarova iştirak edib. 

Görüşdə "Başak-İnam Sığorta" ASC-nin üzvlükdən çıxarılması, Birliyin 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planına baxış, 2018-ci il üçün büdcə layihəsinə baxış, üzvlük haqqları kimi məsələlər müzakirə edilib və  müvafiq qərarlar qəbul edilib.