Məqalələr
Sığortanın tarixi
    • 26-07-2018
    • Venesiya, Florensiya kimi bir sıra şəhərlərdə 13-cü əsrlərdə haqq əsaslı sığorta tipli üsuldan istifadə olunurdu. O dövrlərdə risklər daha çox dənizlərdə fırtınalar, quldur gəmiləri və digər ölkələrə səyahət edən karvanların soyulması bağlı olduğu üçün ticarətin o zamanlarda yüksək inkişaf etdiyi Venesiyada tətbiq olunmasını məcburi hala gətirirdi. Dəniz ticarətinin o zamana görə güclü inkişafı səbəbi ilə gəmilərin sığorta edilməsi ilk dəfə rəsmi şəkildə Venesiyada baş vermişdi. “Sığorta” terminin özünün elə italyan sözündən gəlməsi təsadüf deyildir. Sığorta ilə bağlı ilk müqavilə sənədi də elə İtalyada 1318-ci ilinə aid tapılmışdır. O vaxtlar sığorta elətdirmək istəyənlər vasitəçiyə (sığorta brokeri)  müraciət edər, vasitəçi isə riski qəhvəxanalarda və ya “Kral Fond Birjası”nda riski öz üstünə götürən şəxslərə satardılar. Razılaşma bitəndə artıq, riski öz üstünə götürən şəxs, müəyyən haqq əsasında ehtimal edilən itkini qarşılayacağını müqavilədə təsdiqləyirdi. Sənayə inkişaf etdikcə, insanların şəraiti dəyişdikcə, yeni hesablama texnikaları hazırlandıqca yaranan risklər sığortanın vacibliyini daha da artırnışdı. Həmçinin, insanların sığortaya olan tələbi də artırdı.   

      Sığortada anderraytinq (underwriting)in inkişafı. İlk olaraq, Anderraytinqin nə olduğu ilə bağlı ilkin bilgi: Sığortaçı tərəfindən edilən risk dəyərləndirilməsi nəticəsində sığortalanması təklif edilən riskin, sığorta müqaviləsi ilə təminat altına alınıb-alınmamasına, əgər alınacaqsa hansı şərtlərə əsasən alınacağını müəyyənləşdirməsi prosesidir. Risk analizi sığorta risklərinin qiymətləndirilməsi prosesinin analizidir. Məsələn iki sürücü avtomobilini qəza riskinə qarşı sığortalatdırmaq istəyir. Birisinin cərimə balları yüksək olduğu halda, digəri təcrübəli sürücü olması ilə seçilir. Bu zaman hər ikinə eyni şərtlərdə sığorta elətdirmək uyğun olmaz. Sığortada anderraytinqin inkişaf etməsi mərhələsinə gəldikdə ilk dəfə İngiltərə inkişaf eləməyə başlamışdı. Yeni dünyanın kəşfi, Amerikaya, Avstraliyaya səyahətlərin və ticarətin artması gəmilərin sığortalanmasını məcburi hala gətirirdi ki, London qəhvəxanalarında sığortaçılarla gəmi sahibləri arasında sığorta riskləri ilə bağlı müəyyən müzakirələr, razılaşmalar aparılırdı. Bunla bağlı ilk addım kimi 1687-ci ildə Edward Lloyd tərəfindən Towers Streetdə qəhvəxana açılmışdı. Bu qəhvəxananın London limanına yaxın olması dənizçilərin sevimli məkanına çevrilməsində böyük rol oynamışdı və müştərilərinin nəyə dəyər verdiyini bilirdi. Sığortaçıların daha çox məlumata ehtiyacı var idi. Lloyd da bunu çox yaxşı başa düşərək, 1688-ci ildə “Lloyd Listi” hazırlamışdı. Bu listdə Londondakı gəmilərin gəliş-gediş vaxtları, gəmilərin sahibləri, xarici ölkələr, bölgələr və s. haqqında məlumatlar verilmişdi. Lloyd digər şəhərdəki “filiaaları”, digər qəhvəxanalarda məlumat mübadiləsi aparırdı, beləliklə listində daha çox məlumat təqdim olunurdu. Zamanla məhşurlaşan Lloyd 1680-cı illərdə elanları daha rahat çatdırılması üçün ilk dəfə bu mövzularda qazet çap elətdirdi. Yeni qazet Lloydın qəhvəxanadakı sığortaçı tərəfdaşları, digər şəxslər tərəfindən rəğbətlə qarşlandı. Qazetdə gəmilərin məxsus olduğu şirkətlər, onların səhmləri, gəmilərin hərəkəti, heyəti və s. kimi məlumatlar insanlara çatdırılırdı. Sığortanı inkişafına təsir edən ən böyük faktorlardan biri 1771-ci ildə sığorta işini görən 79 qrupun daxil olduğu klub yaratmışdı. “Lloydun cəmiyyəti” adlı bu klub əslində ilk “Sığortaçılar Assosasiyası” hesab olunur.Bu klubun üzvləri “Nüfuzlular” olaraq xatırlanırlar.  “Nüfuzlular” müştərilərinin itkilərini qarşılama vədlərini yerinə yetirmək üçün bütün varlıqlarını və maliyyə mənbələrini bu iş üçün sərf etməyə hazır olmalı idilər. İngiltərədən sonra Sığortanın əsas inkişafı Amerikada olmuşdu ki, dünyada ilk müştərək yanğın sığorta şirkəti Amerikada qurulmuşdu. Müştərək sığorta barəsində ətraflı növbəti bölmələrdə çatdıracağıq.

      Həyat Sığortasının tarixinə baxdıqda,  ümumilikdə sığorta məhsullarının yaranması, inkişaf etməsi onlara olan tələblə daha çox bağlı olur. İqtisadiyyat və maliyyə sistemi inkişaf etdikcə insanlarda  sığorta məhsullarına tələb yaranır. Həyat sığortası ilə bağlı ilk izlər Qədim Romada tapılmışdır. O vaxtlarda iş üçün qurulan cəmiyyətlər ölüm vəya xəstəlik halları yaşandığında köməklik göstərirdilər. Həyat Sığortasının əsası sayılacaq həyat boyunca illik gəlir sığorta sənədlərinin hazırlanması Romalı Ulpianusun ölüm gözləntisi cədvəlləri əsasında olmuşdur. Ulpianusun hazırladığı cədvəllər uzun müddət işlədilmişdir. İngiltərədə gəmilərin sığortasının inkişafı nəticəsində kapitanlar, gəmidəki sərnişinlər sığorta olunmağa başladı ki, bu da həyat sığortasının ilkin başlanğıcı hesab oluna bilərdi. İngiltərə 1583-cü ildə William Gibbons adlı şəxs şəxslərin 1 il içində ölməsi təqdirində pul ödəyəcəyinə dair müqavilələr imzaalamışdı. 1600-cü illərdə isə Lorenzo de Tonti yeni həyat sığortası proqramı hazırlamışdı. Bu proqrama görə dövlət bir qrup adamdan sənəd qarşılığında ödəniş toplayırlardı. Bir müddətdən sonra qrupdan sağ qalanlarına dövlət geri pul verirdi. İnsanların çoxusu, özlərininin başqasından daha çox yaşayacağına inandıran bu sistem, ölüm statisktikasının çıxarılması sayəsində Lorenzo de Tontiyə gəlir gətirmişdi.

      Həyat Sığortasının rəsmi şəkildə şirkətlər tərəfindən sığorta məhsulu kimi satışı “Royal Exchange Assurance” və “London Assurance” tərəfindən tətbiq edilməyə başlamışdı. İlk illərdə tətbiq edilən həyat sığortası bütün yaş qruplarına görə eyni qiymətdə təklif edilirdi. Həyat sığortasında inkişafında önəmli rol oynayan ölüm riskinin hesablanması, ölüm cədvəllərinin (Mortalite cədvəli) hazərlanması olmuşdur. 1660-cı illərdə kilsələrin qeydə aldığı ölüm statistik göstəricilərdən istifadə edən Tonti bununla də aktuari elminin başlanğıcını yaratmışdı əslində.  Statistik göstəricilərə əsaslanan  həyat sığortası bu sığorta növündə haqlarda dəyişiklik gətirmişdi və sığorta ödənişləri hər yaşa görə ayrı alınırdı. Gənclərdə bu sığorta daha aşağı, qocalarda isə yüksək idi. Həyat sığortası ilə bağlı İngiltərədə “Sığorta Qanunu” çıxmışdı. 1765-cı ildə Equitable Society sığorta şirkəti həyat boyunca illik gəlir (yığım sığortası) sistemində sığorta haqlarının və ödəmələrinin hesablamasında əsas olacaq, ölüm tablolarının hazırlanması ilə bağlı işlər gördü.

      Müştərək sığortanın (mutual insurance)  tarixi analiz olunduqda isə, günümüz dünyasında yaxşı şəkildə qurulmuş sığorta modellərindən birisidir. Kənd təsərrüfatı, avtomobil, ev, fərdi qəza və daha çox sığorta məhsullarında tətbiq olunur. 1666-cı ildə Londonda baş verən böyük yanğın nəticəsində şəhərin əksər evlərinə, vəziyyətinə külli miqdarda ziyan dəymişdi. Londonda “kralın çörəkçisi”ndə başlayan yanğın 3000-mindən çox evə 100-dən çox ictimai binanın dağılmasına gətirib çıxarmışdı. Bu təbii fəlakət  ilk müştərək sığorta şirkəti olan “British American Assurance Company”nin qurulmasına gətirib çıxardı. Sonradan Amerikada Benjemin Franklin ilk uğurlu müştərək sığorta şirkətini qurmağı bacardı. Amerikanın uğurlu şəxslərindən olan Benjamin Franklin 1752-ci ildə Filadelfiya yanğınından itkiyə məruz qalan evlərin sığortası ilə bağlı müştərək sığorta şirkəti açdı. Həmin dövrdə də Londondakına oxşar, evlərin çoxusu taxtadan tikilmişdi və evlər bir-birlərinə çox yaxın tikilmişdilər. Yanğın itkisinə görə evlərin sığortasını edən şirkəti evlərin tikilməsi üçün standartlar qəbul etdi. Bu standartlar həm də sığorta hadisəsinin riskinin düşürülməsi, həm də itki əgər baş verərsə onun azaldılması üçün idi.   Philadelphia Contributionship, həmçinin, taxta evlərin sığortalanmasını ləğv etmişdi. Sığorta şirkətləri 1845-ci ildə baş verən və 2000-dən çox evin yanması ilə nəticələnən yanğın hadisəsindən sonra, öz şirkətlərində yanğın şöbəsi qurdular. Bunun yaradılmasınn məqsədi yanğın baş verdiyində itkini mümkün qədər minimuma endirmək idi. Müştərək sığorta üzvlərinə güvən təmin edərkən, çətinliklərlə də qarşılaşılırdı. Kanadada 14 fermer 1850-ci ilin ortalarında bir araya gəldi və pullarını bir araya, əgər birində hadisə baş versə, bir-birlərinə yardım edəcəklərinə qərar verdilər. Bu dünyanın ən güclü maliyyə şəbəkələrindən birinə sahib olan bugünkü Ontario Mutualsın qurulmasına gətirib çıxardı. Müştərək sığorta inkişaf etdikcə, həm ticarətin inkişafına da müsbət göstərməyə başladı. Çünki gəlir üzvlər arasında divident kimi bölüşdürülürdü və gəlirin bir qismi sığorta “hovuzu”nda toplanılaraq, üzvlərə hadisə baş verdiyində bu “hovuz”dan ödəniş edilirdi. Sığorta şirkətləri riskləri dəyərləndirərkən hərhansısa maliyyə modelində, aktuari hesablarını etmədən qarşılıqlı güvən sığorta müqaviləsi imzalayırdılar. Bunun əvəzinə, fermerlər sığorta razılaşması edərkən risk araşdırması etmirdilər. Londonda bir şirkət sığorta müqaviləsində 200 evdən 1-ini 15 il ərzində hərhansısa yanğın riskinə görə imzalayırdı.  Başqa bir şirkət kərpic evlərin illik kirayəinin 2.5%-i əsasında sığortaladığı halda, taxta evlərdə bu rəqəm 5%-ə yaxın idi.  Bugünün müştərək sığortaçıları üzvlərinə eyni faydanı təmin edir və artıq hərbirinin 100-dən çox üzvü vardır. Məsələn bu gün Ontario Müştərək Siğorta Assosasiyasına 40-dan çox şirkət üzvdür.

      Icbari sığortanın tarixi. Sənayenin gətirdiyi inkişaf özü ilə bərabər yeni risklər də gətirmişdi. Məsələn insanlar fabriklərdə çalışdırılırdı və fabriklərdə qəzanın baş vermə ehtimalı var idi ki, bununla bağlı ilk dəfə İngiltərədə ibari sığorta tətbiq edilməyə başladı. Avtomobildən istifadə artıqca Avtomobillərin icbari sığortası gətirilmişdi. İlk dəfə avtomobillə bağlı icbari sığorta Danimarkada tətbiq olunmuşdur və sonradan digər ölkələrə də yayılmışdır.  Sığortanın önəmli məqamlarından sayılan İşəgötürənin məsuliyyət sığortasının tarixi Gregory Guytonun “İşəgörülənlərin məsuliyyəti sığortasının tarixi” kitabında bildirildiyinə görə e.ə 2500-cü illərdə Şumerlərə gedib çıxır.  Şumerlərdə işçinin bədən üzvlərinin yararlanmasına görə sığorta var idi. Bundan əlavə Yunanıstan, Roma və Çində bədən üzvlərinin yaralanmasına görə sığorta ödənişləri yaradılmışdı. Hər bədən üzvünün yaralanmasının sığorta ödənişi fərqli idi. Sənaye inqilabının inkişafı ilə fabriklərdə işçilər daha ekstremal şərtlərdə, daha pis şərait altında çalışırdılar ki, bu da işçilərin zədə alma riskini artırırdı. İşçilərin çoxu isə, buna görə sığorta ödənişi ala bilmirdi, çünki hələ sığorta ödənişi sistemi inkişaf etməmişdi və belə bir sistem yox idi. Həmçinin işçilər nə qədər təhlükəli şəraitlərdə çalışırlarsa çalışsın, onlar qəza baş verdiyi halda, bütün məsuliyyət işəgötürənin yox, işçinin üstünə düşürdü. Belə bir vəziyyətdə sığorta ödənişi almaq imkansıza yaxındı. İşçilərin təhlükə riskinə qarşı imzaladıqları müqavilə səbəbi ilə də ödəniş ala bilmirdilər. İşçilərin işə ehtiyacının olması isə bu müqavilənin imzalanmasını qaçınılmaz edirdi. İşəgötürənlərin məsuliyyət sığortası ilə bağlı ilk təbdirlər Almaniyanın sələfi sayılan Prussiyada başladı. İşçilərin qaranlıq günlərini sona çatdıracaq Alman kansleri Otto van Bismarck 1871-ci ildə “Employers’s Liability Law” (İşəgötürənlərin məsuliyyət qanunu) bu işlə bağlı ilk addımları atdı. Bu qanun fabriklərdə, mədənlərdə, dəmiryollarında işləyirdi. Burada işçilərin təhlükə riskinin azaldılması ilə bağlı bir sıra maddələr nəzərdə tutulmuşdu. 1884-cü ildə Bismarck “Workers’ Accident Insurance” qanunu qəbul etməsi İşçilərin məsuliyyət sığortası ilə bağlı ilk addım oldu. ABŞ-da isə İşəgötürənin məsuliyyəti sığortasının inkişafı Upton Sinclairin Çikaqonun qəssabxanalarında çalışan işçilərin başına gələn hadisələri haqqında yazdığı “The Jungle” romanı insanların öz haqlarının müdafiəsinə qalxmaları üçün qığılcım rolunu oynadı və nəticəsi də müsbət oldu. Kongress “İşəgötürənin Məsuliyyət Akt”ını qəbul etdi. Bu akt İşləyənlərin yükünün azaldılmasında, təhlükəsizliyin  artmasında mühum rol oynadı. ABŞ-da bu Aktların artması həmçinin işçilərin tibbi faydalardan yararlanmasına da gətirib çıxardı ki, bu da tibbi sığortanın inkişafı üçün əsas yaratmışdı. İşəgötürənin Məsuliyyət Sığortası işçilərdən əlavə şirkət üçün də yararlıdır, çünki işçi yaralandığı halda, şirkəti məhkəməyə verirlər ki, bu da şirkətin gəlirlərini mühum dərəcədə azaldır.