Bakıda “Sığorta Agentlərinin III Milli Forumu”
keçirilmişdir

Bu gun Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” öz işinə başlayıb. Tədbir Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilmişdir. Forumda DSNX-nın rəisi Namiq Xəlilov, ASA-nın sədri Orxan Bayramov, eləcə də İcbari Sığorta Bürosu və yerli sığorta şirkətlərinin nümayəndələri, sığorta agentləri və sığorta ekspertləri çıxış etmişdir.
Müzakirələr sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdikləri problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemləri və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və s. istiqamətlərdə keçirilmişdir.
Tədbirin baş sponsoru “AXA MBASK” sığorta şirkəti, sponsorları isə “AzSığorta”, “Standard İnsurance” və “Atasığorta” şirkətləridir.