AKTUARİ şəhadətnamələrinin verilməsi

22 Aprel 2015-ci il tarixində,  “Kempinski Hotel Badamdar”-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov Azərbaycan Aktuarlar Assosiasiyasının müşahidə şurasının üzvü Xədicə Qasımova, yerli sığorta şirkətlərinin rəhbərləri və aktuarlar iştirak edib. Tədbir çərçivəsində Dövlət Sığorta Nəzarəti Xidmətinin keçirdiyi imtahandan uğurla keçən aktuarlara növbəti beş il müddətinə veriləcək aktuar şəhadətnamələri təqdim olunub.