Fəaliyyət

29.11.2014
Noyabrın 29-da "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin ofisində sığorta təlimi keçirilib. Təlim “Sığortalı gənclik” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakıda fəaliyyət göstərən ali məktəblərin 90 tələbəsi iştirak edib. T əlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov və hüquqşünası Cavid Məhərrəmov çıxış edərək dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verib. Tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.
28.11.2014
Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortası komitəsinin iclası keçirilib. İclasda sığorta sahəsində sənəd mübadiləsi prosesinin sadələşdirilməsi məqsədi ilə elektron imzadan istifadə edilməsi, sığorta müqavilələrinin elektron qaydada bağlanması məsələsi müzakirə edilib. Bundan başqa, toplantı iştirakçıları həyatın yaşam (yığım) və həyatın ölüm halından sığortası, fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, ipoteka sığortası mövzularında müzakirələr aparıblar, müvafiq...
22.11.2014
Noyabrın 22-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ofisində sığorta təlimi keçirilib. Təlim “Sığortalı gənclik” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakıda fəaliyyət göstərən ali məktə blərin 32 tələbəsi iştirak edib. Təlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov çıxış edərək dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verib. Tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.
20.11.2014
Tədbirdə ipoteka krediti ilə alınan ev və mənzillərin icbari sığortalanması zamanı faydalanan şəxsin müəyyən edilməsi ilə bağlı problem müzakirə edilib.
19.11.2014
Bu ilin noyabr ayından başlayaraq 2015-ci ilin iyun ayına qədər Azərbaycanda sığorta sahəsində silsilə tədbirlər həyata keçiriləcək. Tədbirlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq. Təşkilatçılar “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Silsilə tədbirlərin keçirilməsində məqsəd Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi,...
12.11.2014
Tədbirdə “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib. Bildirilib ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. İclasda qərara alınıb ki, bu məsələ gələn həftə sığorta şirkətlərinin avtomobil üzrə...
11.11.2014
Maliyyə Nazirliyinin dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə oktyabrın 21-dən keçirilən “Aktuar hesablamalar kursları”nın 4a mərhələsi başa çatıb. Noyabrın 11-də kursda iştirak edənlər imtahan verib. İmtahana qatılmış 23 nəfərdən 11-i müvəffəqiyyət qazanıb. Bununla bağlı, həmin şəxslərə sertifikat veriləcək.
07.11.2014
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Dünya Bankının Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib. Seminarda ölkədə fəaliyyət göstərən 8 sığorta şirkətinin təmsilçiləri iştirak edib.
04.11.2014
İclasda ASA-nın sədri Orxan Bayramov, adı çəkilən komitənin sədri – “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, eləcə də komitənin digər üzvləri – “Standard Insurance” şirkətinin İdarə Heyətinin üzvü Orxan Vəliyev, “Azsığorta” şirkətinin təlim üzrə meneceri Şükür Hüseynov, “Atəşgah Sığorta” şirkətinin Əməliyyat idarəsinin rəisi Tahir Kazımov, “AXA MBASK” sığorta şirkətinin Anderraytinq və təkrarsığorta departamentinin baş mütəxəssisi Əfsanə Eyvazova, “Azərbaycan Sənaye Sığorta” şirkətinin Daxili nəzarət şöbəsinin müdiri Əmir Həsənov, “İpək Yolu Sığorta” şirkətinin Sığorta...

Pages