Fəaliyyət

29.01.2015
Yanvarın 29-da Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Avropa Yenidənqurma və İnkişaf Bankının nümaynədələri ilə görüşə keçirilib. Görüşdə ASA-nın sədri Orxan Bayramov və AYİB-in yerli valyuta və kapital bazarlarının inkişafı üzrə baş meneceri Metyu Saal və maliyyə/kapital bazarları üzrə məsləhətçisi Mark Makkarti iştirak edib.
22.01.2015
Ötən həftə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib. İclasda 2014-cu ilin büdcəsinin hesabatı verilib. 2015-ci ilin büdcəsi ətrafında isə geniş müzakirələr aparıldıqdan sonra büdcə səsə qoyulub və yekdilliklə qəbul olunub. Yığıncaqda 2014-cü ildə ASA-nın gördüyü işlər və həyata keçirilən layihələrlə bağlı hesabat verilib.
22.01.2015
22 yanvar 2015-ci il tarixində, saat 12:00-da “Excelsior Baku” hotelininin “Əlincə” zalında “Jurnalistlər klubu”nun növbəti görüş keçirilmişdir. Görüşdə 2014-cü ilin yanvar-dekabr aylarının sığorta yığımları və ödənişlərinə dair statistika, ASA-nın 2015-ci ilə olan planları açıqlanacaq, həmçinin ötən ilin yekunları və sığorta bazarında baş verən son proseslər müzakirə olunmuşdur.
15.01.2015
Yanvarın 15-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının iclası keçirilib. İclasda 2014-cü ildə ASA-nın gördüyü işlər, həmçinin 2015-ci ildə görüləcək işlərin planı müzakirə olunub. Bununla yanaşı tədbirdə ASA-nın 2014-cü il büdcəsinin hesabatı verilib və 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb. İclasda 2014-cü ildə sığorta sahəsi üzrə qanunveriliciyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilib.
16.12.2014
Dekabrın 16-da “Sığortalı gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində tələbələrə sığorta təli mi keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, Assosiasiyanın və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin 200-dən artıq tələbəsi iştirak edib. Təlimdə ASA sədri Orxan Bayramov layihənin məqsədi və sığorta ilə baglı maariflənmənin əhəmiyyətini izah edib.
15.12.2014
“Sığortanın Əsasları” mövzusunda həyata keçirilən silsilə təlimlər başa çatıb. Dekabrın 13-də Bakı şəhərində 8 ali təhsil müəssisəsinin natiqləri üçün “Sığortanın Əsasları” mövzusunda daha bir təlim keçirilib. Təlim ASA-nın dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunub. “Bakı Gənclər Debat Forumu–Payız 2014”-ün 130-a yaxın iştirakçısını əhatə edən təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm...
10.12.2014
Dekabrın 10-da “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə sığorta təlimi keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, tədbirdə universitetin 80-dən artıq tələbəsi iştirak edib. Təlim çərçivəsində ASA sədri Orxan Bayramov layihənin məqsədi və sığorta ilə baglı maariflənmənin nəyə görə vacib olduğu haqda gənclərə ətraflı məlumat verib. ASA sədri sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı tələbələrə geniş məlumat verib. O. Bayramov...
06.12.2014
“Sığortanın Əsasları” mövzusunda ali məktəblərdə həyata keçirilən silsilə təlimlər davam edir. Dekabrın 6-da Bakı şəhərində 5 ali təhsil müəssisəsinin natiqləri üçün “Sığortanın Əsasları” mövzusunda təlim keçirilib. Təlim DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəstəyi ilə “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunub. Tədbir “Bakı Gənclər Debat Forumu– Payız 2014”-ün 100-ə yaxın iştirakçısını əhatə edib. Təlimdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Neft Akademiyası, Memarlıq və İnşaat...
05.12.2014
Dekabrın 5-də “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə sığorta təlimi keçilib. Tədbirdə Akademiyanın 50-dən artıq tələbəsi iştirak edib. Təlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov layihənin məqsədi və sığortanın mahiyyəti haqda gənclərə ətraflı məlumat verib. ASA sədri sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı tələbələrə geniş məlumat verib.
03.12.2014
Dekabrın 3-də Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta şirkətlərinin avtomobil üzrə anderrayterlərinin və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə görüş keçirilib. ASA-nın noyabrın 11-də baş tutmuş Könüllü sığorta komitəsinin iclasının yekunları əsasında təşkil edilib. Həmin iclasda “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə...

Pages