Fəaliyyət

25.06.2016
23-24 iyun 2016-cı il tarixləri arasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF 2016) keçirilib. Tədbirdə dünyanın 20 ölkəsindən ümumilikdə 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edib.
29.10.2015
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb. Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.
19.10.2015
Almaniyanın Baden Baden şəhərində sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 18-da “Azərbaycan Gecəsi” keçirilib. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə ASA tərəfindən təşkil olunan “Azərbaycan gecəsi”ndə dünyanın 30-a yaxın ölkəsindən 230-a yaxın nümayəndə iştirak edib. Tədbirdə ölkəmizi ASA, İcbari Sığorta Bürosu (İSB) və 14 sığorta şirkətini təmsil edən 25 nəfərlik nümayəndə heyəti təmsil edib. Gecədə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli...
15.10.2015
15 oktyabr 2015-ci il tarixində sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) Direktorlar Şurasının sədri Rüfət Mahmudov, həmçinin yerli sığorta şirkətlərinin rəhbər şəxsləri və KİV nümayəndələri iştirak edib.
28.09.2015
​28-29 sentyabr 2015-ci il tarixlərində, Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçirilib. Toplantının açılış mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri, 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar, həmçinin media nümayəndələri iştirak edib.
04.07.2015
2-3 iyul, 2015-ci il tarixində, Bakıda ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) keçirilib. İki gün davam edən tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə baş tutub.
29.05.2015
28 may 2015-ci il tarixində, “Sığortalı gənclik” layihəsi çərçivəsində paytaxtın Nizami rayonunda yerləşən “İstək” liseyində şagirdlər arasında keçirilən intellektual müsabiqənin final mərhələsi keçirilib. Respublika Gününə həsr olunmuş finalda liseyin şagirdlərindən ibarət 9 komanda: “Avengers”, “Power”, “80’s children”, “Smartist”, “Gənclik”, Dədə Qorqud, “Arrow”, IQ Fighters”, “Gentlemen” yarışıb.
22.05.2015
18-21 may tarixləri arasında “Sığortalı gənclik” layihəsi çərçivəsində “İstək” Liseyinin şagirdlərinə sığorta təlimləri keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və “Buta Sığorta”nın tərəfdaşlığı ilə keçirilən təqdimatda Liseyin 200 yaxın şagirdi iştirak edib.
22.04.2015
22 aprel 2015-ci il tarixində, “Kempinski Hotel Badamdar”-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib.
06.04.2015
Bu gun Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” öz işinə başlayıb. Tədbir Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilmişdir. Forumda DSNX-nın rəisi Namiq Xəlilov, ASA-nın sədri Orxan Bayramov, eləcə də İcbari Sığorta Bürosu və yerli sığorta şirkətlərinin nümayəndələri, sığorta agentləri və sığorta ekspertləri çıxış etmişdir.

Pages